Avtoreyd.Az AvtoSığorta İcbari sığortası olan sürücüyə elektron protokol tərtib edilib (Video)

İcbari sığortası olan sürücüyə elektron protokol tərtib edilib (Video)


Bakıda avtomobilinin icbari sığortası olan sürücüyə elektron protokol tərtib edilib.

Xezerxeber.az-ın məlumatına görə, icbari sığortası var, amma ünvanına cərimə protokolu göndərilib.

Özəl şirkətlərdən birinə məxsus kiçik tutumlu yük avtomobilinin sürücü Elnur Əliyev deyir ki, bu ilin fevral ayında idarə etdiyi maşını icbari qaydada sığorta etdirib. Amma bir neçə gün əvvəl onun yaşadığı ünvana və şəxsi kabinetinə avtomobilin icbari sığorta olunmaması barədə məktub gəlib.

Elnur Əliyevin sözlərinə görə, icbari sığorta müqaviləsnin vaxtı gələn ilin fevral ayının 21-də bitəcək. Noyabrn 9-da Binəqədi rayonu Rəsulzadə qəsəbəsində hərəkətdə olarkən Elnur Əlyevə ”Asanpay.az” saytında şəxsi kobinetinə məktub gəlib ki, icbari sığorta müqaviləsi bitdiyi üçün 50 manat məbləğində cərimə olunub. Sürücü bundan sonra sığorta şirkətinə müraciət edib. Ordan da bildirilib ki, onun avtomobilinin sığortası var.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, zərərçəkmiş sürücü Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsin və fakt araşdırılsın. Həqiqətən də onun dediyi kimi olarsa, elektron protakol ləğv ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Related Post

Azərbaycanda sığorta mübahisələrinin məhkəməsiz həlli sistemi yaradılacaqAzərbaycanda sığorta mübahisələrinin məhkəməsiz həlli sistemi yaradılacaq

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Müşahidə Şurasının görüşü keçirilib. ASA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Assosiasiyanın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan səkkiz sığorta və bir təkrarsığorta şirkətinin rəhbər

Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcəkSığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası cari ilin 16, 20, 21 və 22 noyabr tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçirəcək. Palatdan  verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə