“Baku Bus” sürücüsü son anda sərnişinlərin həyatını xilas edib.
AvtoReyd.Az Bakı Nəqliyyat Agentliyinin rəsmi facebook səhifəsinə istinadən məlumat verir ki,13.11.2018 tarixində saytların birində “Baku Bus”-un sürücüsü “ölümünə” sürdü başlıqlı xəbər yayımlanıb. Yazı müəllifi bildirir ki, Yasamal rayonu Ə. Haqverdiyev küçəsi ilə hərəkətdə olan, “Baku Bus”-a məxsus 3 nömrəli, 99-JH-297 dövlət nömrə nişanlı marşrut avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Saytda iddia olunan qayda pozuntusunu təsdiq edən video da yayımlanıb. Məsələ Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürüldü və araşdırıldı. Əslində nə baş verdiyini təqdim etdiyimiz videodan da açıq görmək mümkündür. Lakin təssüflər olsun ki, nəqliyyat məsələləri üzrə ixtisaslaşmış avtosfer.az saytı məsələnin tam araşdırmadan yayımlayıb. Ümid edirik ki, sayt bundan sonra məsələlərə daha peşəkar yanaşaraq obyektivlik nümayiş etdirəcək.