Astara rayonunda yol qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.
“Report”un Cənub bürosunun məlumatına görə, Təngərüd kəndiərazisində “VAZ-2107” markalı minik avtomobili “QAZ-24” markalı avtomobillə toqquşub.
Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü Qasımov Namik Sərdar oğlu ağır bədən xəsarətləri alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Qasımova ilkin tibbi yardım göstərilərək yaraları tikilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.