Avtoreyd.Az Gündəm Sıxılmış qazla işləyən avtobusların idxalı ƏDV-dən azad edilə bilər

Sıxılmış qazla işləyən avtobusların idxalı ƏDV-dən azad edilə bilər


Sürücü də daxil olmaqla 10 nəfərədən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən il müddətinə ƏDV-dən azad edilə bilər.

“Report” bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən xəbər verir.

Həmçinin qanun layihəsində deyilir ki, KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, avadanlıqların, qurğuların idxalı-KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən il müddətinə ƏDV-dən azad ediləcək.

Related Post

Sabah yağış yağacaqSabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.