Avtoreyd.Az Dörd çarx Maşını “kabluk” və çəkələklə idarə etmək olar?

Maşını “kabluk” və çəkələklə idarə etmək olar?


“Yol hərəkəti haqqında” qanunda ayaq geyimləri ilə bağlı hər hansı konkret bir tələb yoxdur”.
Bunu BakuPost-a açıqlamasında hündürdaban ayaqqabı ilə avtomobili idarə edən qadınların yol polisləri tərəfindən cərimələnə biləcəyi barədə yayılan xəbərlərə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov söyləyib.
Şöbə rəisi qadınların hündürdaban ayaqqabı ilə avtomobili idarə etməsinin isə xüsusi bir hal olduğunu vurğulayıb: “Bu, qadınların geyim formasıdır. Hündürdaban ayaqqabı ilə qadınların avtomobili idarə etməsi mənim üçün də maraqlıdır. Hər halda bu barədə suala qadınların cavab verməsi yaxşı olar. Çünki mən hündürdaban ayaqqabı ilə maşın sürməyin çətin olduğunu desəm, qadınlar deyə bilər ki, çətin deyil. Qanunda da bu məsələ tənzimlənmir. Ona görə də hündürdaban ayaqqabılarla maşının idarə edilməsinə görə qadınlara hər hansı iradın bildirilməsi və məsuliyyətə cəlb edilməsi mümkün deyil”.
BakuPost-un araşdırması zamanı xanım sürücülərin məsələyə yanaşması isə birmənalı olmayıb. Adının əçkilməsini istəməyən qadın sürücülərdən biri heç vaxt hündürdaban ayaqqabı ilə avtomobil idarə etmədiyini, bunun diskomfort yaratdığını, ayağının qaz və əyləc “pedal”larını basmağa mane olduğunu bildirib. Digər qadın sürücü isə deyib ki, avtomobili hündürdaban ayaqqabı ilə idarə etməyə öyrəşib və heç bir diskomfort hiss etmir…

Related Post

Sərnişinlər qapıdan sallanıb gedir: Belə hallara pik saatlarda rast gəlinir – VİDEOSərnişinlər qapıdan sallanıb gedir: Belə hallara pik saatlarda rast gəlinir – VİDEO

Sərnişinlər avtobusun içərisində deyil, qapıdan bayırda, qapıdan sallanaraq gedirlər. Paytaxtdakı sərnişin avtobuslarından birində qeydə alınan hadisənin görüntülərini vətəndaşlardan biri çəkərək “XəzərXəbər”in votsap nömrəsinə göndərib. Avtobusun sahibkarı hadisənin baş vermə səbəbini