Avtoreyd.Az Dörd çarx Ağacların altında avtomobil saxlamayın (Video)

Ağacların altında avtomobil saxlamayın (Video)


Bakı Şəhər İcra Hakimiyyəti bu günlərdə gözlənilən güclü küləklə bağlı paytaxt sakinlərinə vəsürücülərə xəbərdarlıq edib. Xüsusəndə hündür və iri gövdəli ağacların altından keçərkən ehtiyyatlı olmaq tövsiyyə olunur. Bununla yanaşı bu cür ağacların altında avtomobillərin park edilməsi olduqca təhlükəlidir.

Sabah gözlənilən küləkli hava şəraiti ilə bağlı həm vətəndaşlara, həm də sürücülərə xəbərdarlıq edildi. Ağacların altından keçəndə ehtiyyatlı olun və avtomobilləri ağacların altında saxlamayın.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin əməkdaşları bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçiblər. Qurumun şöbə rəisi Orxan Məmmədovun sözlərinə görə, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir. Bununla yanaşı,vətəndaşların da yolların kənarından və parkların ərazisindən keçərkən ehtiyyatlı olmaları tövsiyyə olunur.

Orxan Məmmədovun sözlərinə görə, külək nəticəsində ilin əvvəlindən bu günə kimi Paytaxt ərazisində 100-dən artıq müxtəlif növ ağaclar aşıb. Qurumun əməkdaşları hər hansısa bir problem yaşanmasın deyə küçə və prospektlərdə eləcədə parklarda təhlükə yarada bilən çoxlu sayda ağacı kəsərək götürüblər.

Vətəndaşlara tövsiyyə olunur ki, paytaxt ərazisində istər yaşayış binalarının həyətlərində, istərsə də yolların kənarında qəzalı vəziyyətdə olan ağac gördükdə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 012-570-73-30 nömrəsi ilə əlaqə saxlasınlar.

Related Post

Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolu yenidən qurulur (Video+Foto)Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolu yenidən qurulur (Video+Foto)

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Yardımlı rayonunda cari ildə uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə