Avtoreyd.Az Hadisə “Azərişıq”ın işçiləri qəzaya düşdülər – Ölən və yaralananlar var (Foto)

“Azərişıq”ın işçiləri qəzaya düşdülər – Ölən və yaralananlar var (Foto)


Xudat-Xaçmaz yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.
Hadisıə nəticəsində avtomobildə olan sərnişin, Xaçmaz rayon Xudat qəsəbə sakini Ehtimal Bəxtiyar oğlu Əzizov dünyasını dəyişib.
Digər 2 nəfər- Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.
Yaralı şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, “Lada Priora”nın sürücüsü və avtomobildə olan sərnişinlər “Azərişıq” ASC-nin Xudat şöbəsinin əməkdaşlarıdır.
Xəstəxanadan verilən məlumata görə, sərnişin və sürücünün vəziyyətləri ağır olaraq qalır.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Related Post

İşıqforun qırmızı işığından keçən mopedi avtomobil vurub, xəsarət alan var – FOTO – VİDEOİşıqforun qırmızı işığından keçən mopedi avtomobil vurub, xəsarət alan var – FOTO – VİDEO

Bakıda işıqforun qırmızı işığından keçən mopedi avtomobil vurub, xəsarət alan var. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, dönərxanın kuryeri kimi fəaliyyət göstərən

Bakıda narkotik maddənin təsiri altında avtobus idarə edən daha bir sürücü həbs edilib (Foto)Bakıda narkotik maddənin təsiri altında avtobus idarə edən daha bir sürücü həbs edilib (Foto)

Bakıda daha bir sərnişin avtobusu sürücüsünün iş başında narkotik maddə qəbul etdiyi müəyyənləşdirilib. “Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iyulun 29-da Əhmədov Natiq Vaqif oğlu “İsuzu” markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı