Avtoreyd.Az Gündəm Azərbaycan Belçikada ictimai nəqliyyat üzrə beynəlxalq toplantıda iştirak edir

Azərbaycan Belçikada ictimai nəqliyyat üzrə beynəlxalq toplantıda iştirak edir


Belçikanın paytaxtı Brüssel şəhərində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (International Association of Public Transport-UITP) növbədənkənar ümumi yığıncağı keçirilir.

Bu barədə AvtoReyd.Az a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 96 ölkədən 200-dən artıq şəhər nəqliyyatına məsul qurumu özündə birləşdirən təşkilatın toplantısında Bakı Nəqliyyat Agentliyinin Strateji inkişaf və maarifləndirmə şöbəsinin müdiri Orxan Kazımov da iştirak edir. Toplantı çərçivəsində təşkilatın yeni nizamnaməsi qəbul edilib. 2017-ci ildə görülən tədbirlərin, büdcə-audit hesabatları və digər sənədlərə baxılıb, növbəti ilin büdcəsi təsdiq olunub. Həmçinin təşkilatın yeni vitse-prezidenti seçilib. Yeni nizamnaməyə əsasən, bundan sonra hər il təşkilatın ümumi yığıncağı keçiriləcək.

Qeyd edək ki, toplantıda keçirilən səsvermələrdə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi də iştirak edib. Belə ki, Assosiasiyaya yeni üzv olan Bakı Nəqliyyat Agentliyi də səsvermək hüququna malikdir. Tədbir çərçivəsində Bakı Nəqliyyat Agentliyinin Strateji inkişaf və maarifləndirmə şöbəsinin müdiri Orxan Kazımov İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın baş katibi Mohamed Mezgani ilə görüşüb.

Related Post

BÖYÜK BRİTANİYADA SÜKAN ARXASINDA MOBİL TELEFONDAN İSTİFADƏ EDƏNLƏRİN CƏZASI SƏRTLƏŞDİRİLMİŞDİRBÖYÜK BRİTANİYADA SÜKAN ARXASINDA MOBİL TELEFONDAN İSTİFADƏ EDƏNLƏRİN CƏZASI SƏRTLƏŞDİRİLMİŞDİR

AvtoReyd.Az AZƏRTAC-a istinadla xəbər verir ki, fevralın 28-dən Britaniyada sükan arxasında mobil telefondan istifadə edən sürücülərin cəzası daha da sərtləşdirilmişdir. Cərimənin minimum məbləği iki dəfə artırılaraq, 30 funtdan 60 funta çatdırılmışdır. Mobil

Avtomobil yollarının ümumi siyahısı və xəritəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaqAvtomobil yollarının ümumi siyahısı və xəritəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq

Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nda bir sıra dəyişikliklər edib. AvtoReyd.Az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədovimzalayıb. Qərara əsasən ümumi istifadədə