“Mazda” şirkəti Rusiyada 62 mindən çox avtomobili geri çağırıb.

AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, qərar təhlükəsizlik yastıqlarında problem olması ehtimalı ilə əlaqədar verilib.

Bundan bir qədər öncə isə şirkət dünyada 640 minə yaxın avtomobili geri çağırıb. O zaman qərar dizel mühərriklərində klapan yayı ilə bağlı qüsurlarla əlaqədar verilib.

Bildirilib ki, bu qüsurlar mühərrikin öz-özünə dayanmasına səbəb ola bilər.

Şirkətin yaydığı məlumatda qeyd olunurdu ki, geri çağırılma CX-5 də daxil olmaqla 4 modelə şamil olunur.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.