1971-ci ildə istehsal edilən avtomobillə dünya səyahətinə çıxan kolumbiyalı bir xanım turist hazırda Azərbaycandadır. Bu qadın 9 aydan çoxdur ki, maşında yatır, hətta avtomobilində yaranan nasazlığı da özü təmir edir. İki gündür Bakıda olan 58 yaşlı Analusia Perestemon təəssüratlarını ”Xəzər Xəbər”lə bölüşüb.
Xezerxeber.az-ın məlumatına görə, 58 yaşlı xanım turist, 47 il əvvəl istesal edilən maşınına yaşamaq üçün lazım olan bütün ləvazimatları toplayaraq dünya səyahətinə çıxıb. Kolumbiyalı xanım retro avtomobili ilə artıq 9 aydan çoxdur ki, yollardadır.
Analusia Perestemonun avtomobili də görənlərin marağına səbəb olur.
O, avtomobildə yaranan bütün nasazlıqları özü təmir edir, yağını dəyişir. Getdiyi bütün ölkələrdə o, böyük maraqla qarşılanır. Artıq 2 gündür ki, Bakını gəzən turist paytaxtımızın çox müasir görünüşlü şəhər olduğunu bildirir.
Turist xanım İranı da gəzdikdən sonra yenidən Azərbaycana qayıdacaq və gəldiyi marşrutla Kolumbiyaya qayıdacaq.