Avtoreyd.Az Dörd çarx Böyük Şor gölü üzərindən çəkilən yolun tikintisi yekunlaşır (Video)

Böyük Şor gölü üzərindən çəkilən yolun tikintisi yekunlaşır (Video)


Böyük Şor gölü üzərindən çəkilən yeni yolun tikintisi davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın iki əsas yolunu-Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolda işlərin böyük hissəsi artıq yekunlaşıb.2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa olunur.İki gediş, iki gəlişli olmaqla, yeni yol 4 hərəkət zolağından ibarətdir. Böyük Şor gölünün üzərində çəkilən və uzunluğu 1600 metrə yaxın olan bəndin də artıq üzəri asfaltlanıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkilən yeni yolun əvvəlində və sonunda iki tunel də inşa edilir.Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirdi ki, tikinti zamanı layihəyə düşən hərbi, fərdi yaşayış və biznes obyektləri sökülüb.Yol tam istifadəyə verildikdən sonra günün pik saatlarında Ziya Bünyadov prospektində və Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı əhəmiyyətli dərəcədə azalacaq.

Related Post

Bu yollarda diqqətli olubBu yollarda diqqətli olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-32 km –lik hissəsində, həmçinin sözügedən

Sürücülərin nəzərinə:Bu yolda diqqətli olun!Sürücülərin nəzərinə:Bu yolda diqqətli olun!

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin  İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Nəcəflinin AvtoReyd.Az-a verdiyi məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Dairəvi avtomobil yolunun 0-14 km-də nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri