Avtoreyd.Az Dörd çarx Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır (Video)

Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır (Video)


Bakıda sərnişinlə dolu olan daha bir avtobus qapısı açıq şəkildə hərəkət edib.

Xezerxeber.az-ın məlumatına görə, kadrlar bu gün səhər saatlarında çəkilərək votsap nömrəmizə göndərilib. Görüntülərdən aydın olur ki, sərnişindaşıma qaydaları paytaxın Biləcəri qəsəbəsindən şəhər istiqamətində sərnişin daşıyan və dövlət qeydiyyat nişanı ”90-XX-147” olan marşurut avtobusunda pozulub. Həmin avtobus isə 202 saylı xəttə aiddir.

Araşdırma zamanı məlum oldu ki, görüntülər çəkilən avtobusu sürücü Aqil Səlimov idarə edib.

202 saylı xəttin dispetçeri Elşən Bayramov bildirdi ki, artıq daşıyıcı şirkət tərəfindən həmin sürücüyə töhmət verilib. Növbəti dəfə belə bir hərəkətə yol verərsə, işdən kənarlaşdırılacaq.

Bu arada, həmin xətdən istifadə edən sərnişinlər belə problemlərin əsasən pik saatlarda yaşandığını bildirdilər. Sərnişinlər səhər və axşam saatlarında avtobusların sayının artırılmasının tərəfdarıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülərlə bağlı daşıyıcı şirkət nümayəndəsi quruma çağırılacaq. Məsələ araşdırılacaq və lazımi tədbirlər görüləcək.

https://www.youtube.com/watch?v=cZ5d1-vTwYA

Related Post

Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib. AvtoReyd.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin