Avtoreyd.Az Hadisə Cəlilabadda yol qəzası baş verib, yaralılar var

Cəlilabadda yol qəzası baş verib, yaralılar var


Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “BMW” və “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində, iki nəfər – Elnurə Quliyeva və Sürəyya Əliyevaxəsarət alıb.

Yaralılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post