Avtoreyd.Az Maraqlı Heç bilirsiniz ki,sürücü güzgüsündə bu xət nə üçündür? (Foto)

Heç bilirsiniz ki,sürücü güzgüsündə bu xət nə üçündür? (Foto)


Müasir avtomobillər o qədər tez inkişaf edir ki, vaxtında texniki yenilikləri izləmək mümkün olmur.Əgər Sovet dövründə bir çox avtomobillərdə 30 ildən çox heç nə dəyişdirmədən buraxıla bilirdisə, öndə gedən alman və ya yapon istehsalçıları əminliklə yeniliklərə doğru irəliləyir.

Əgər siz yan güzgülərə diqqət yetirsəniz orada punktir xətti şəklində ən çox (əksər hallarda) şaquli xət var hansı ki, təxminən güzgü elementinin 1/4 hissəsini ayırır.

Sovet avtomobillərində bunu görmək olmaz, amma 90-cı illərin istehsalı xarici avtomobillərdə bu müşahidə olunur. Əgər siz bu barədə diqər şəbəkələrdə informasiyanı axtarmağa başlasanız, bir çox müxtəlif versiya oxuya bilərsiniz.Maraqlısı odur ki,bir çox sürücülər bunu güzgünün qızdırıcı elementi kimi izah edir.

  Bəs görəsən bu zolağın mahiyyəti nədir?

Güzgü elementinin səthinə diqqət yetirsəmiz qəribə xüsusiyyəti qeyd edəcəksiniz.Elementin çox hissəsi standart,xətin diqər tərəfi isə təsviri azca təhrif edəcək.

Söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün sizə müqayisədə belə elementin fotosunu nümayiş etdiririk.

Gördüyünüz kimi,yuxarıdakı adi güzgüdə diqərindən fərqli olaraq görüntü ən azı iki dəfə azdır.Bu yalnız belə deyilən “kor bucağı” nəzarət etmək üçün nəzərdə tutulub.Güzgünün kiçik hissəsi bir balaca əyilib,buda ki,yolun arxada qalan hissəsinə maksimal görüntünü yaradır.Bundan başqa, indi çox modellərdə ümumiyyətlə bu xüsusiyyət olmasa belə güzgü bu effektə malikdir.

Belə konstruksiyalı güzgülər zolaqlar üzrə yer dəyişmə,həmçinin avtomagistrallarda ötmə vaxtı “kor bucağ”a nəzarət etməyə yardımçı olur.Əgər Rusiya istehsalı avtomobillərdə indiyə qədər bu yoxdursa,xarici istehsalçılar artıq elektronikaya üstünlük verirlər.Belə ki,güzgülər artıq hər tərəfdən sensor,kamera və radarlarla əvəz edilir ki,buda öz növbəsində avtomobilinizə hər tərəfdən nəzarət imkanı yaradır.

AvtoReyd.Az

Related Post

Finlandiyada həşəratlardan bişirilən çörək satışa çıxarılıb (Video)Finlandiyada həşəratlardan bişirilən çörək satışa çıxarılıb (Video)

Avtoreyd.az bildirir ki, bu yaxınlarda qidanın hazırlanmasında həşəratlardan istifadəyə qoyulan qadağa ləğv edildikdən sonra, Finlandiyada sisəklərdən bişirilən çörəyin istehsal və satışına başlanılıb. Fin çörəkxanalarından biri qeyri-adi bişintinin hazırlanma texnologiyasını nümayiş edib: