Ötən ayın rekordu vurulub.
AvtoReyd.Az-ın məlumatına görə,Rusiyanın Krasnoyarsk vilayətində dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin əməkdaşları insanları Qırğızıstana daşıyan mikroavtobusu saxlayıblar.Nəqliyyat vasitəsində 26 nəfər olub.İnsanların mikroavtobusun içərisində kustar üsulla iki mərtəbəyə bölünən oturacağda yerləşdirilməsindən əlavə təndir də aşkar edilib.
Sərnişinlər təyinat yerinə qədər dəmiryolu vasitəsi ilə göndərilib. Həmçinin dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin əməkdaşları sürücüyə nəqliyyat vasitəsinin konstruksiyasına müdaxilə və sərnişin daşıma qaydaların pozulmasına görə,bir sıra inzibati materiallar təşkil edib.