Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən gələrək Babək prospekti, yol ötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular ki, nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı. Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüdən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcəklər ki, bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaqdır. Hazırda həmin hissədə nişanlanma və yol nişanlarının quraşdırılması işləri aparılmaqdadır.
Babək prospektinin bir hissəsində hərəkətdə dəyişiklik edilib (Foto)
Related Post
Iki qəsəbələri birləşdirən yol yenidən qurulur – FotoIki qəsəbələri birləşdirən yol yenidən qurulur – Foto
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsini Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələri ilə birləşdirən avtomobil yolu yenidən qurulur. Bu barədə AvtoReyd.Az–a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumatda deyilir
Bu istiqamətdə hərəkət qismən məhdudlaşdırılıbBu istiqamətdə hərəkət qismən məhdudlaşdırılıb
Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində koomunikasiya xətlərinin yenilənməsi və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar Nəriman Nərimanov prospektinin
Köhnə Xudat-Həzrə yolu yenidən qurulur (Video+Foto)Köhnə Xudat-Həzrə yolu yenidən qurulur (Video+Foto)
Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd yollarının yenidən qurulmasını da geniş əhatə edir. Belə layihələrdən biri də Qusar rayonu ərazisində