Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən gələrək Babək prospekti, yol ötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular ki, nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı. Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüdən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcəklər ki, bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaqdır. Hazırda həmin hissədə nişanlanma və yol nişanlarının quraşdırılması işləri aparılmaqdadır.
Babək prospektinin bir hissəsində hərəkətdə dəyişiklik edilib (Foto)
Related Post
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)
Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yol ayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Regionlarda“Azərbaycan Respublikası regionlarının
DYP reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib – FOTODYP reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib – FOTO
Ağdam Dövlət Yol Polisi Bölməsi qayda pozan sürücülərə qarşı reyd keçirib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri maşınlarını fərqli formaya salan, o cümlədən yol
39 km-lik avtomobil yolunun tikintisi yekunlaşır (Video+Foto)39 km-lik avtomobil yolunun tikintisi yekunlaşır (Video+Foto)
Sabirabad rayonunda Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, uzunluğu 39 km olan və 22 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə