Avtoreyd.Az Maraqlı Bir milyon manata satılan retro avtomobil (Video)

Bir milyon manata satılan retro avtomobil (Video)


Ağstafa rayonunun Köçəsgər kənd sakini Tural Abbasəliyev atasına hədiyyə edilən “Çayka” markalı avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur.

AvtoReyd.Az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin mühərrik həcmi 5.5 litr, avtomat ötürücü və geniş salona malikdir.

1973-cü ildə istehsal edilən bu avtomobil qeyri-adi görünüşü ilə diqqət çəkir. Bu avtomobil öz dövründə dövlət və hökumət adamları, nazirlər üçün nəzərdə tutulub.

Hazırda retro avtomobil kimi dəyərləndirilən bu maşına yüksək qiymət təklif etsələr də, sahibi onu satmaq istəməyib. Çünki sahibi onu fantastik qiymətə – bir milyon manata satmaq niyyətindədir.

Rusiyanın Qorki avtomobil zavodunun istehsalı olan bu maşın görənlərin marağına səbəb olur. Hətta onunla şəkil çəkdirənlər də olur. Toy, klip, film çəkilişlərinə də dəvət az deyil. Tural “Çayka” avtomobili ilə paytaxtdakı retro avtomobil sərgilərinə də qatılmaq istəyir.

Related Post

Keşiş insanları tənbeh etdi, onlar da onu 110 min dollarlıq Porsche-sini satmağa məcbur etdi (Video)Keşiş insanları tənbeh etdi, onlar da onu 110 min dollarlıq Porsche-sini satmağa məcbur etdi (Video)

Avtoreyd.az bildirir ki, Polşanın cənubunda yerləşən Kasina Velka kəndinin keşişi Veslav Matsyaşek, kilsəyə gələn kənd sakinlərini “aşağı davamiyyət” göstərmələri ilə bağlı təəssüf hissi keçirdiyini dilə gətirməklə, öz başına əməlli iş açıb.