Avtoreyd.Az Hadisə Qazax sakini 10-a yaxın vətəndaşın avtomobilini və pulunu mənimsəyib aradan çıxdı (Video)

Qazax sakini 10-a yaxın vətəndaşın avtomobilini və pulunu mənimsəyib aradan çıxdı (Video)


Qazax sakini 10-a yaxın vətəndaşı aldadıb.

Xezerxeber.az-ın məlumatına görə, o, bəzilərinin avtomobilini əlindən alıb, bəzilərinin isə külli miqdarda pulunu mənimsəyib.

Qazax və Ağstafa rayonlarından olan bir qrup şəxs iddia edir ki, Qazaxın Çaylı kənd sakini Əli Axundov onları aldadıb. Zərərçəkənlərin iddialarına görə, adıçəkilən şəxs onların avtomobillərini müxtəlif yollarla əllərindən alaraq satıb.

Bir neçə nəfərdən isə müxtəlif vədlər verərək qızıl-zinət əşyası və nağd pul alaraq mənimsəyib. Zərərçəkənlər Əli Axundovu tanıdıqları üçün ona etibar etdiklərini, bu səbəbdən də aldadıldıqlarını bildiriblər.

Zərərçəkənlər Ağstafa və Qazax rayon polis şöbələrinə müraciət ediblər, araşdırma aparılır.

Məsələ ilə bağlı Əli Axundovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin bildirildi ki, həmin ailə xeyli müddətdir ki, rayonda yox, Bakıda yaşayır. Ünvanlarını da heç kim bilmir.

Related Post

AvtoReyd.Az Turkiyə mətbuatına istinadən xəbər verir ki,qəza nəticəsində 4 xəsarət alıb.Hadisə İstanbulun Esenyurt bölgəsində baş verib. Belə ki,yük avtomobili tikinti aparılan ərazidəki xəndəyə yuvarılanıb.Şahidlərin sözlərinə görə, avtomobil çox sürətlə hərəkət edib. Qəza nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşdıb.

Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub – FOTOGoranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub – FOTO

Goranboy rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb. AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, qəza təmir işləri görülən avtomobil yolunda baş verib. Sürücü yol işarələrinə riayət etmədən qadağan