Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,C. Hacıbəyli və A.Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar hazırda A.Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir. Təmir işləri ilə əlaqədar Rəşid Behbudov küçəsindən C.Hacıbəyli küçəsi istiqamətində A.Bakıxanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
