Avtoreyd.Az Hadisə Bakıda yol niyə çöküb?

Bakıda yol niyə çöküb?


Bakıda avtomobillərin intensiv hərəkət etdiyi əsas yollarından birində çökmənin səbəbi araşdırılır.


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə Nobel prospektində, “Azərneftyağ” neft emalı zavodunun qarşısındakı çökmə baş verən yolda araşdırma aparılır.

“Həmin yolda çökmə bir neçə gün öncə baş verib. Yolun çökməsinə səbəb suyun yerə sızması olub. Hazırda mütəxəssislər tərəfindən suyun ora hansı yol ilə sızmasının səbəbləri araşdırılır. Hələlik isə təhlükəsizlik məqsədilə yolun dağılan hissəsi düzəldilib”, – deyə A.Nəcəfli bildirib.

AvtoReyd.Az

Related Post

Yükdaşıma şirkəti vətəndaşın 3000 manatlıq qab-qacağını qırıb – VİDEOYükdaşıma şirkəti vətəndaşın 3000 manatlıq qab-qacağını qırıb – VİDEO

Paytaxt sakini Orxan Qəhrəmanov 188 yükdaşıma xidmətindən narazıdır. O. Qəhrəmanov üzləşdiyi problemlə bağlı”Yeniavaz.com”saytına müraciət edib və problemin ictimailəşdirilməsini xahiş edib. Şikayətçi bildirir ki, ev əşyaları Masazırdan 7-ci mikrorayona daşınarkən 3000