Avtoreyd.Az Dörd çarx Bakıdakı 2 marşrut xəttində yeni avtobuslar istifadəyə verilib (Foto)

Bakıdakı 2 marşrut xəttində yeni avtobuslar istifadəyə verilib (Foto)


Bakı Nəqliyyat Agentliyi (BNA) 64 və 81 müntəzəm marşrut xətləri istiqamətində yeni avtobusları istifadəyə verib.

“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından 64 (“Neftçilər” metrostansiyası-Yeni Günəşli) və 81 (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.

“Qarşıdakı aylarda digər xüsusəndə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq”,- o bildirib.

Xatırladaq ki, BNA dekabrın 24-də ölkəyə gətirilmiş yeni avtobusların təqdimatını keçirib.

AvtoReyd.Az

Related Post

Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq iyun ayının 3-dən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. “Azəravtoyol”dan AvtoReyd.Az-a verilən məlumata görə, hərəkətin