Avtoreyd.Az Dörd çarx Büdcə avtomobillərinin beş çox etibarlı mühərriki (Foto)

Büdcə avtomobillərinin beş çox etibarlı mühərriki (Foto)


Bu artıq bizim saytımızda mühərriklər haqqında birinci məqalə deyil.

Bahalı,işlənmiş və ya təzə avtomobillərin kapotu altında hələ də mövcud olan ən etibarlı mühərriklər haqqında yazmağa qərar verdik.

1. Renault K7M

Fransız avtoistehsalçısından 8-klapanlı,4-silindrli,1,6-litrlik Renault-un sətirli K7M mühərrikində vaxtında texniki xidmət göstərdikdə 400 000 kilometr yüyürüşə qədər heç bir broblem ilə üzləşməyəcəksiniz.Onun gücü 82-90 at gücü arasında dəyişir.Bu mühərriklə Renault Logan, Renault Sandero, Renault Dookker və Lada Largus avtomobilləri təhciz edilib.

2. Renault K4M

K7M mühərrikindən başqa Fransız avtoistehsalçısının diqər geri qalmayan K4M mühərriki var.İki dəfə artıq klapanların sayı ilə yanaşı K4M mühərrikin at gücü 102-dən 112-ə qədər dəyişə bilər.Bu mühərrikə Renault Megane, Renault Fluence, Renault Duster, Renault Logan və Renault Sandero avtomobillərində rast gəlinir.

3. Mitsubishi 4B11

Yaponiya istehsalı 4B11 mühərriki Koreyanın Kia avtomobil istehsalçısı ilə birgə hazırlanıb.Ona görə,biz bu mühərriki yalnız Mitsubishi Lancer, Mitsubishi ASX və Mitsubishi Outlanderlə yanaşı Koreyanın Kia Ceed, Kia Optima, Kia Cerato, Huyndai Sonata, Huyndai Elantra və Huyndai iX35 avtomobillərində görə bilərik.Həmçinin bu mühərrikin müxtəlif modifikasiyaları Chrysler, Dodge və Jeep avtomobillərində quraşdırıla bilər.16-klapanlı,4-silindrli,2,0-litrlik Mitsubishi 4B11 mühərrikinin at gücü 118-dən 154-ə qədər dəyişir.Yüyürüşü texniki xidmətdən asılı olaraq orta hesabla 300 000 kilometr təşkil edir.

4. Nissan MR20DE

Yapon mühərriklərinin arasında Nissan-dan MR20DE-ni qeyd etmək lazımdır.Bu qurğuya Nissan X-Trail, Nissan Teana və Nissan Qashqai avtomobillərində rast gəlmək olar. 2,0-litrlik, 4-silindrli mühərrikin gücü 129-dan 147-ə qədər dəyişir. Orta hesabla bu mühərrikin resursu 300 000 kilometr yüyürüş təşkil edir.

5. Opel Z18XER

Alman istehsalçısının bu avtomobillərinə indiyə qədər bizim yollarımızda rast gəlmək olur. Və onlardan bəzilərində Opel Z18XER-in ən etibarlı mühərriklərindən biri quraşdırılıb. Bu 1,8-litrlik 140 at gücünə malik mühərriklə Opel Astra, Opel Zafira və Chevrolet Cruze avtomobilləridir. Bu mühərrikdə 250 000 kilometrə qədər yüyürüşdə ciddi problem yoxdur.Eyni sözü bu avtomobillərdə quraşdırılan termostat barədə demək çətin olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Related Post