Avtoreyd.Az Avtoxəbər Avtomobil ehtiyat hissələrinin virtual anbarı yaradılacaq

Avtomobil ehtiyat hissələrinin virtual anbarı yaradılacaq


Azərbaycanda avtomobil ehtiyat hissələrinin virtual anbarı yaradılacaq. Bu anbar zərərin birbaşa tənzimlənməsi qaydalarının tərkib hissəsi kimi fəaliyyət göstərəcək.

Xezerxeber.az-ın məlumatına görə, virtual bazanı hazırlayan şirkətin rəsmisi Zakir Kərimzadə deyir ki, hazırda ehtiyat hissələri bazarının araşdırılması davam edir.

Zakir Kərimzadə bildirib ki, virtual anbar ehtiyat hissələrinin satışı üçün nəzərdə tutulmayıb. Sadəcə olaraq, yaxın vaxtlarda zərərin birbaşa tənzimlənməsi qaydaları tətbiq ediləcəyindən, avtomobilə dəymiş ziyanın hesablanması zamanı məhz bu anbardakı ehtiyat hissələrinin qiymətlərinə istinad ediləcək.

Qaydalarda həm təmir, həm də sığorta şirkətlərinin məhz bu bazaya istinad etmələri tələb kimi qoyulacaq. Zakir Kərimzadənin sözlərinə görə, bu bazanın mövcudluğu ilə sürücülərlə təmir sexləri və ya sığorta şirkətləri arasında ehtiyat hissələrinin qiymət mübahisələrinə son qoyulacaq. Virtual bazada milyonlarla ehtiyat hissəsinin qiyməti mövcud olacaq.

Virtual bazanın sayəsində avtomobilə dəyən ziyanın qiymətləndirməsi dəqiqləşməklə yanaşı, burada lazımi ehtiyat hissəsinin harada satıldığı da göstəriləcək.

Related Post