Avtoreyd.Az Dörd çarx 3 manatlıq ehtiyyat hissəsi 1500 manata başa gəldi (Video)

3 manatlıq ehtiyyat hissəsi 1500 manata başa gəldi (Video)


Keyfiyyətsiz ehtiyat hissələri alan sürücülər qənaət etməyə çalışsalar da, sonradan daha böyük xərcə düşürlər.

Elə detallar var ki, onun keyfiyyətlisi ilə uzcuzu arasında 3-5 manat fərq var. Amma yenə də sürücülər ucuzunu almağa üstünlük verirlər. Avtomobil ustaları isə sürücülərə ehtiyat hissələri alarkən diqqətli olmağa çağırır.

Xezerxeber.az-ın məlumatına görə, keyfiyyətsiz ehtiyat hissəsi alan sürücü əlavə xərcə düşüb.

3 manata alınan mühərrikin yağ süzgəci sürücünü ziyana salıb. Sürücü isə mühərrikin sırf bu səbəbdən sıradan çıxmasını çox gec öyrənib.

Ustalar isə keyfiyyətli məhsulla ucuzu arasında elə də qiymət fərqi olmadığını, lakin ziyanının daha çox olduğunu deyır.

Avtomobil ustası Sahil Ağabəylinin fikrincə, elə ehtiyat hissələri var ki, onları mütləq keyfiyyətlisi ilə əvəz etmək lazımdır. Çünki bəzi hallarda keyfiyyətsiz detal qaçılmaz qəzaya səbəb ola bilər.

Usta həmçinin deyir ki, sürücülərin ehtiyat hissələrinin keyfiyyətlisini seçməsi çox çətindir. Çünki bazarda olan saxta malların əksəriyyəti orijinaldan seçilmir. Ona görə də hər hansı detal alarkən ustayla məsləhətləşmək tövsiyə olunur.

Related Post

Binəqədi rayonunda bir-neçə küçədə aparılan təmir işləri yekunlaşdırılıb – VİDEO / FOTOBinəqədi rayonunda bir-neçə küçədə aparılan təmir işləri yekunlaşdırılıb – VİDEO / FOTO

Binəqədi rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə küçədə aparılan kompleks yenidənqruma işləri yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,söhbət bir-biri ilə kəsişən Məsud Davudoğlu,Şota Rustavelli, Svetlana

Taksi əvəzinə yarış bolidi Şkoda Fabia R5-ə əyləşən sərnişinlər, şok yaşayıb (Video)Taksi əvəzinə yarış bolidi Şkoda Fabia R5-ə əyləşən sərnişinlər, şok yaşayıb (Video)

Ralli üzrə Avropa çempionu Yan Kopetski, taksi dayanacaqlarında duran, heç nədən xəbərsiz insanları avtomobilə əyləşdirərək, Praqa şəhərində dövrə vurub. AvtoReyd.Az–ın məlumatına görə, Çexiya paytaxtında qeyri-adi aksiyanı, “Şkoda” avtomobil şirkəti təşkil edib. Sürücü qismində