Avtoreyd.Az Hadisə “Mercedes”in aşması nəticəsində beş nəfər xəsarət alıb (Video)

“Mercedes”in aşması nəticəsində beş nəfər xəsarət alıb (Video)


Hacıqabul rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.

“Report”-un Mil-Muğan bürosunun məlumatına görə, Baki-Qazax magistralının 82-ci kilometrliyində, rayonun Atbulaq kəndi ərazisində qeydə alınan ağır yol-nqəliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şirvan şəhər sakini, Elman Murad oğlu Muradov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı avtobus dayanacağına çırpılıb, zərbənin gücündən avtomobil aşaraq deformasiyaya uğrayıb.

Yaralılar:

Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Murad oğlu Muradov,

Bakı şəhər sakini, 1966-ci il təvəllüdlü Vüsalə Bayram qızı Bəbirova,

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əfsanə Ədalət qız Quliyeva,

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Xəyal Murad oğlu Poladov.

https://www.youtube.com/watch?v=MLU445yt8_w

Related Post

Dünyanın ən nəhəng təyyarəsi güclü külək üzündən sərt eniş edib – VİDEODünyanın ən nəhəng təyyarəsi güclü külək üzündən sərt eniş edib – VİDEO

“Emirates” aviaşirkətinə məxsus “Airbus A380” sərnişin təyyarəsi Düsseldorf hava limanına sərt eniş edib. AvtoReyd.Az Lenta.ru-ya istinadən xəbər verir ki,Dubay-Düsseldorf reysini həyata keçirən təyyarə güclü külək səbəbindən uçuş-eniş zolağına uğurla enə bilməyib.

Nyu-Yorkda avtovağzal ərazisində partlayış baş verib, yaralılar var – VİDEONyu-Yorkda avtovağzal ərazisində partlayış baş verib, yaralılar var – VİDEO

ABŞ-n Nyu-York şəhərindəki avtovağzal ərazisində partlayış baş verib, yaralılar var. AvtoReyd.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York polisindən bildiriblər. Partlayış Nyu-York şəhərinin Manhetten bölgəsindəki Port Autoriti avtovağzalında baş verib. Port