Avtoreyd.Az Dörd çarx “NZS” qəsəbəsinin bərbad yolu (Video)

“NZS” qəsəbəsinin bərbad yolu (Video)


Paytaxtın əsas prospektləri sayılan Babək və Nobeli birləşdirən yol bərbad vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, böyük yaşayış məntəqəsinin əsas yolu baxımsız vəziyyətdədir.

Söhbət Xətai rayonunda “NZS” adlandırılan qəsəbədən gedir. Qəsəbənin içindən keçən əsas yol gündən-günə bərbad vəziyyətə düşür. Qış ayları olduğundan yolda yaranan çuxurlar da getdikcə dərinləşir.

Sözügedən yol həm də paytaxtın iki böyük prospektini birləşdirir. Yolun bu halda olması sürücüləri vaxt itkisi ilə yanaşı, maddi ziyana da salır.

Qəsəbə sakinləri deyirlər ki, yola yığılan su təkcə yağış suyu deyil, yol kənarından keçən şirin su borusu da hərdən partlayır.

Məsələyə münasibət bildirən Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirdi ki, həmin yol tədbirlər planına salınıb və bu il orada əsaslı şəkildə təmir-bərpa işləri aparılacaq.

Related Post

Bakıda bayram tədbiri ilə bağlı marşrutların hərəkət cədvəli dəyişdirildiBakıda bayram tədbiri ilə bağlı marşrutların hərəkət cədvəli dəyişdirildi

Bayram tədbirləri ilə bağlı olaraq bir sıra mərkəzi küçələrdə avtomobil sıxlığı müşahidə olunduğundan aşağıdakı istiqamətlərdə hərəkət edən bəzi marşrut avtobuslarımızın intervalında müvəqqəti ləngimələr yaranıb. AvtoReyd.Az bildirir ki,bu barədə Trend-ə “BakuBus” MMC-nin

Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur (Video+Foto)Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur (Video+Foto)

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb. 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin