Avtoreyd.Az Avtoxəbər “Honda” şirkəti Böyük Britaniyadakı müəssisəsini dayandıracaq

“Honda” şirkəti Böyük Britaniyadakı müəssisəsini dayandıracaq


Yaponiyanın məşhur “Honda Motor Corp” şirkəti Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən şıxması (“Brexit”) başa çatandan sonra bu ölkənin Suindon şəhərindəki müəssisəsinin fəaliyyətini 6 günlük dayandıracaq.

“Report” “The Independent”ə istinadən xəbər verir ki, bu addım “Brexit”dən sonra meydana çıxa biləcək problemlərə hazırlıq tədbirləri çərçivəsində atılır.

“Mümkün olan hər cür fəsadlara “Honda”nın tam hazır olmasını təmin etmək üçün 2019-cu ilin aprel ayında 6 qeyri-iş günü tətbiq etməyi düşünürük. Bu, parçaların sərhəd üzərindən tədarükünün hər hansı ləngiməsi halında istehsalat fəaliyyətini bərpa etmək üçün gərəkdir”, – şirkətin mətbuat xidməti bildirib.

AvtoReyd.Az

Related Post

204 nömrəli avtobusda özbaşınalıq – marşrut sahibi biabırçılığa haqq qazandırır – VİDEO204 nömrəli avtobusda özbaşınalıq – marşrut sahibi biabırçılığa haqq qazandırır – VİDEO

Sərnişindaşıma qaydalarını pozmağa görə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi avtobus sürücüləri hələ də buna məhəl qoymur. AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, söhbət “Koroğlu” metrostansiyasından Ramana kəndinə gedən 204 nömrəli marşrut