Avtoreyd.Az Hadisə “Rent a Car”ın sahibi Bakıda qəza törətdi (Video)

“Rent a Car”ın sahibi Bakıda qəza törətdi (Video)


Səhər saat 05:30 radələrində paytaxtın Binəqədi rayonu, Eldar Babayev küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az oxu.az-a istinadən xəbər verir ki, “Niva” markalı, 10 MP 109 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mustafayev Həmzə Şəadət oğlu maşını içkili vəziyyətdə divara çırpıb.

Sürücü paytaxt küçələrində təhlükəli manevrlər edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, yol patrul xidmətinin “Dayan” əmrinə tabe olmayaraq, sürət həddini aşıb.

H.Mustafayev və maşında olan Ramin Tağıyev təcili olaraq 1 sayılı Şəhər Klinik xəstəxanasına çatdırılıb.

H.Mustafayevin çənəsi sınıb, R.Tağıyevə isə sifətin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, “Niva”nın sürücüsü Həmzə Mustafayev “Rent a Car”ın sahibidir.

AvtoReyd.Az

 

Related Post

Bakıda binada güclü yanğın – Yanğınsöndürənlər alovun qarşısını ala bilmir (Video)Bakıda binada güclü yanğın – Yanğınsöndürənlər alovun qarşısını ala bilmir (Video)

Bakıda çoxmərtəbəli binada güclü yanğın baş verib. AvtoReyd.Az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda, köhnə “Bolluq” bazarı ərazisində qeydə alınıb. Yanğın yeni tikilməkdə olan çoxmərtəbəli binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə