Avtoreyd.Az Dörd çarx BNA bir neçə yerdə avtobus dayanacağının yerini dəyişdirib

BNA bir neçə yerdə avtobus dayanacağının yerini dəyişdirib


Yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirilir. 

Bu barədə AvtoReyd.Aza Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu çərçivədə M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib. Nəticədə, yolun hərəkəti buraxmaq qabiliyyəti artıb. Məlumat üçün bildirək ki, svetoforla nizamlanan M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.

Həmçinin, Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi svetoforla nizamlanan yol kəsişməsində təşkil edildiyindən həmin ərazidə avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından, avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.

AvtoReyd.Az

Related Post

Bakı-Sumqayıt yolunda Xırdalan dairəsi istiqmətində hərəkət məhdudlaşdırılacaqBakı-Sumqayıt yolunda Xırdalan dairəsi istiqmətində hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası nəticəsində ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb. AvtoReyd.Az xəbər verir ki, bu barədə Azərbaycan

Sumqayıt polisinin növbəti reydi: qanunsuz sərnişin daşıyanlar cərimələndi – VİDEOSumqayıt polisinin növbəti reydi: qanunsuz sərnişin daşıyanlar cərimələndi – VİDEO

Sumqayıt Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları sürücülərə qarşı növbəti reyd keçirib. Şəhərin müxtəlif ərazilərində keçirilən reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan marşrut sürücüləri cərimələnib. http://xeberle.com