Avtoreyd.Az Gündəm Bəzi nişanların yeri qanunvericiliyin tələbinə uyğun dəyişdiriləcək

Bəzi nişanların yeri qanunvericiliyin tələbinə uyğun dəyişdiriləcək


Qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir. Bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb.

Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən 3.27 nişanının tələbinin günün saatlarına və həftənin iş və qeyri-iş günlərinə uyğun qüvvədə olması, onun qüvvədə olduğu sahənin dəqiqləşdirilməsi, bəzi yerlərdə həmin nişanın  durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilir. Növbəti ayda təhlillərin nəticəsində məqsədəuyğun hesab edilən yerlərdə mövcud nişanlarda qanunvericiliyin tələbinə uyğun dəyişikliklər ediləcəkdir.AvtoReyd.Az xəbər verir ki,bu baərədə bu gün Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilib.

AvtoReyd.Az 

Related Post