Avtoreyd.Az Hadisə Ehtiyatsızlıq qəzaya səbəb oldu (Video)

Ehtiyatsızlıq qəzaya səbəb oldu (Video)


Ehtiyatsızlıq qəzaya səbəb oldu, nəticədə 3 nəfər öldü.

Qəza hadisəsi yeni Ələt -Astara yolunun 94-cü kilometrliyində, Biləsuvar rayon ərazisindən keçən hissəsində baş verib. Həmin yolda Mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri, 61 yaşlı Pürzəxanım Dəmirova və 41 yaşlı Elnarə Həşimova hadisə yerində dünyasını dəyişib.

Avtomobildə qalan yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri 53 yaşlı Abşeron rayon Höküməli qəsəbə sakini Elmira Əliyeva xəstəxanada keçinib.

66 yaşlı sürücü Bakı şəhər Biləcəri qəsəbə sakini Vəli Dəmirovun vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. 16 yaşlı Qəyyum Həşimov isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Məlumata görə həmin şəxslər İrandan Bakıya qayıdırmış. Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Türkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, 18 nəfər yaralanıbTürkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, 18 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa bölgəsində içərsində kənd təsərrüfatı sahəsində işləyən fəhlələr olan mikroavtobusla avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb. AvtoReyd.Az “Haberler”ə istinadən xəbər verir ki, hadisə Şanlıurfanın Kısas məhəlləsində baş