Avtoreyd.Az Dörd çarx Tərtər-Hindarx avtomobil yolunda təmir işləri davam edir (Video+Foto)

Tərtər-Hindarx avtomobil yolunda təmir işləri davam edir (Video+Foto)


Uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii faktorların təsirindən respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdir. Çiyinlərdəki materiallar atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından, çıyınlər aşağı səviyyədə idi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,hazırda təmir-tikinti işləri yolun 0-17-ci km-lik hissəsində davam etdirilir. Artıq bu hissənin 10 km-liyində torpaq işləri tam olaraq yekunlaşdırılıb, asfaltlanma işlərinə start verilib. Yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınqlıda olan asfalt-beton qarışığı ilə salınması işləri aparılır.

Tikinti işləri çərçivəsində yolun bəzi ərazilərində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdir. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri görülüb.Bunun üçün yararsız yol örtüyü və torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı qrunt tökülərək kipləşdirilib, təbii karxana çınqılı ilə torpaq yatağının təmiri işləri aparılıb.Daha son ra texnoloji ardıcıllığa uyğun olaraq 30 sm hündürlükdə qum-qırmadaş materialından əsasın alt layı, 18 sm qalınlıqda isə optimal-çınqıl qarışığından əsasın üst layının tikintisi işləri görülüb.

Yenidənqurma işlərinin aparıldığı 17 km-lik hissənin təqribən 4 km-i Tərtər şəhər ərazisinə düşür. Burda mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınıb. Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılacaq, əks-dolğu işləri aparılmaqla kipləşdiriləcək, daha sonra 25 sm hündürlükdə qum-qırmadaş qarışığından əsasın alt layının, 15 sm qalınlıqda optımal-çınqıl qarışığından əsasın üst layının təmiri işləri görüləcək. Bunun ardınca bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa ediləcək. Bunun üçün yararsız beton səki daşları sökülüb, əvəzinə 4 min p-metrdən çox yeni səki daşının düzülməsi ilə piyada səkilərinin inşası işləri görüləcək.

Ümumilikdə layihə çərçivəsində çiyin hissələrin 80 min kv.m sahədə optimal-çınqıl materialı ilə bərkidilməsi və yol birləşmələrinin 4 min kv.m-dən çox sahədə təmiri işləri də aparılacaq, 12 avtobus dayanacağı inşa ediləcək. Yol boyu hərəkətin norma təşkili üçünsə 66 yol nişanı, 22 km göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətində gediş-gəlişi asanlaşaq, ən əsası 4 respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq ki, bu da bölgədə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

AvtoReyd.Az

Related Post

Sosial şəbəkələr bu görüntüdən danışır – “Lamborghini” qaydanı pozdu, polis isə… – VİDEOSosial şəbəkələr bu görüntüdən danışır – “Lamborghini” qaydanı pozdu, polis isə… – VİDEO

İngiltərənin paytaxtı Londonda maraqlı hadisə baş verib. AvtoReyd.Az Publika.az-a istinadən xəbər verir ki, “Lamborghini”nin sahibi avtomobilini magistral yolda qanunsuz olaraq park edib. Bunu görən polis də maşını cərimə meydançasına aparmaq istəyib.

Tovuzda dağların partladılması üsulu ilə yeni yol salınırTovuzda dağların partladılması üsulu ilə yeni yol salınır

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. Rayonun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi