Bakıda avtomobil xəndəyə düşüb.
AvtoReyd.Az xəbər verir ki, ötən gün axşam saatlarında paytaxtın Babək prospekti ilə hərəkətdə olan minik avtomobili qəzaya uğrayıb.
Avtomobil Günəşli qəsəbəsi istiqamətində körpünün yanı ilə hərəkət edərkən yolda qazılmış xəndəyə düşüb. Maraqlısı odur ki,günün qaranlıq vaxtında heç bir nişanla təhciz edilməyən və işarələnməyən xəndəyə görə kim məsuliyyət daşıyır? Dəyən ziyanı kim ödəyəcək və siğorta məsələsi necə həll olunacaq?
Hadisə şahidlərinin AvtoReyd.Az-a verdiyi məlumata görə,qəza nəticəsində sürücü yüngül xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib.
AvtoReyd.Az hadisə yerində çəkilmiş videonu sizə təqdim edir: