Dünyanın bir çox ölkələrində avtomobilin dövlət nömrə nişanını qəsdən çirkli saxlamaqla və ya hər hansı metal əşya ilə cızmaqla görünməz hala gətirən sürücüləri cəza gözləyir. Azərbaycanda eynən qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və qurğulardan istifadə edirlərsə o zaman belə sürücülər cərimələnir.
Nömrə nişanı ən azı 40 metr məsafədən aydın oxunmalıdır. Əgər oxunmursa, onda çirkli hesab olunur. Əgər sürücü özü qəsdən nömrənin üsütünü müxtəlif cihaz və maddələrlə örtərsə bü sürücüyə 500-800 manat arası başa gələcək. Yox əgər yağışlı havadan çirklənərsə, onda sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.1.7 maddəsinə əsasən40 manat cərimə gözləyir.Bəs görəsən bu qaydalar yalnız sürücülərə şamil olunur?
Bəs Yol Patrul Xidmətinin işi görəsən yalnız cərimə tədbiq etməkdən ibarətdir? Və ya sualı başqa cürə qoyum: Diqər sürücülərə cərimə təqdiq edən YPX ekipajı görəsən özü niyə qaydalara riayət etmir? Görüntülər Bakı Sumqayıt yolunda qeydə alınıb, 886 saylı dövlət nömrə nişanlı YPX maşının nömrəsi 40 metr demirəm,20 metrədən görünsə şad olardım…
AvtoReyd.Az-ın təqdim edəcəyi videoda hər şey izah olunur.
https://www.youtube.com/watch?v=xzLn2zQbpjU