Avtoreyd.Az Dörd çarx Xocəsən-Lökbatan yolunun 11 km-lik hissəsi yenidən qurulur(Video+Foto)

Xocəsən-Lökbatan yolunun 11 km-lik hissəsi yenidən qurulur(Video+Foto)


Xocahəsən-Lökbatan yolunun 11 km-lik hissəsinin bərpası işlərinə start verilib.

Bu barədə AvtoReyd.Az– a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocahəsən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir və paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur.

Avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun belə vəziyyətdə olması hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu təmir-tikinti işləri aparılır.

Ümumilkdə təmir-tikinti işləri çərçivəsində yol boyu 180 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Bundan başqa, yolboyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa ediləcək, mövcud səkilər isə bərpa olunaraq asfaltlanacaq.

Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

 

 

Related Post

Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib (Video+Foto)Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib (Video+Foto)

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)

Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yol ayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Regionlarda“Azərbaycan Respublikası regionlarının