Avtoreyd.Az Gündəm BNA ilə bağlı daha bir qalmaqal

BNA ilə bağlı daha bir qalmaqal


“Zəhmət olmasa, Bakı Nəqliyyat Agentliyi təhlükəsiz şəhər kameralarından o görüntüləri də götürsün, onlara da baxaq. Aydınlaşdıraq görək, vətəndaşlardan pul alıb, park edəcəyini deyən adamlar kimlərdir”.

“Minval.info” xəbər verir ki, fikirləri ictimai fəal Bəxtiyar Hacıyev Bakı Nəqliyyat Agnetliyi (BNA) ilə bağlı yaşadığı problem barəsində “facebook”da paylaşdığı yazısında qeyd edib.

B.Hacıyev bildirib ki, BNA-nın əməkdaşları problemi həll etmək yerinə şəkil çəkib, qaçıblar:

“BNA DYP-nin yolunu gedir, deyəsən. 17 yanvarda Kapital Bank Yasamal filialı qarşısında parkinqlə məşğul olan şəxsə ödəniş edib, açarı verib, park etməsi üçün avtomobili ona vermişdim, bankda növbə gözləyəndə baxdım BNA əməkdaşları ilə mübahisə edirlər, çıxdım bayıra və BNA əməkdaşlarının mübahisə etdiyini görüb, nəqliyyat vasitəsinin sahibinin özüm olduğunu deyib, başqa yerdə park etmək istədiyimi dedim. Onlar isə şəkil çəkib, qaçdılar.

Dünən bununla bağlı BNA mətbuat katibi Mais Ağayev öz səhifəsində şərhlərdə fotoları yerləşdirib ki, “Bəxtiyar bəy, yanlış yerdə park etmisiniz, cərimələnmisiniz”.

Zəhmət olmasa, Bakı Nəqliyyat Agentliyi təhlükəsiz şəhər kameralarından o görüntüləri də götürsün, onlara da baxaq. Bununla bağlı rəsmi müraciətim də olub. Aydınlaşdıraq görək, vətəndaşlardan pul alıb, park edəcəyini deyən adamlar kimlərdir, bəlkə, (məndə ciddi şübhələr var ki, belədir) BNA əməkdaşları ilə əlbir adamlardır? İkincisi, baxaq görək, mən çıxıb avtomobili başqa yerə park etmək təklif edəndə, necə FBI kimi şəkil çəkib, qaçıblar? Hər halda, dövlət qurumudurlar, vətəndaşlardan açar alıb, ödəniş alıb, park edənlərin və cərimələtdirənlərin kimliyini tapmaq onlara daha asan olar və kamera görüntülərini almaq asan olar onlara.

Hər halda, BNA-nın DYP yolunu getməsi xoş olmadı. Ancaq, mənim üçün problem deyil. Bundan sonra biz də sizin şəklinizi çəkib, təftiş edib, yayarıq. Özü də təkcə 20-30 manatlıq qayda pozuntularınızı yox, rəhbərinizdən tutmuş, əməkdaşlarınıza qədər ciddi korrupsiya faktları barədə… Xeyirli olsun”.

Related Post

DYP-nin səlahiyyətlərindən biri ləğv edilir – Artıq avtomobillərin texniki baxışını aparmayacaqDYP-nin səlahiyyətlərindən biri ləğv edilir – Artıq avtomobillərin texniki baxışını aparmayacaq

Azərbaycanda Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərindən biri ləğv edilir.  AvtoReyd.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət

200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı…200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı…

Ötən gün Bakı qeydiyyatında olan maşınlara yeni nömrə kodunun verilməsi ilə bağlı məlumatlar yayıldı. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevin sözlərinə görə, artıq Bakı şəhərində