Avtoreyd.Az Gündəm BNA məsuliyyətsiz bir quruma çevrilib

BNA məsuliyyətsiz bir quruma çevrilib


Milli Məclisin deputatı Fazil Mustafa Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətini tənqid edib.

Deputat bildirib ki, BNA məsuliyyətsiz bir quruma çevrilib.

“Bir müddət öncə Bakı şəhərində avtobus dayanacaqlarına və piyada zolaqlarına Bakı şəhəri İcra hakimiyyətinin müvafiq qurumları nəzarət edirdi. Günaşırı şüşə materialdan yüngül konstruksiya ilə quraşdırılmış dayanacaqları yuyub təmizləyirdilər. Piyada zolaqları görünməz durumda olduqda isə, yenidən ağardırdılar ki, qəza risqi minimuma ensin. Bir müddət öncə bu iki sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verildi. İndi neçə yerdə diqqət yetirirəm ki, piyada zolaqları tamamilə görünməz durumdadır, avtobus dayacaqları isə xeyli müddətdir yuyulub-təmizlənmir. Belə anlaşılır ki, bu qurum da son vaxtlar yaranan bəzi qurumlar kimi səlahiyyəti götürüb, ancaq məsuliyyəti götürməyi unudub. Məsuliyyəti xatırlatmaq səlahiyyəti mənə aid olmasa da, düşündüm ki, dayanacaqlar çirkab içində qalmasına bir neçə ay da vətəndaşımız göz yuma bilər, lakin piyada zolaqlarının ağardılmaması insan həyatı üçün birbaşa təhlükə yaratdığına görə, sözgəlişi xatırladım”, – deyə Fazil Mustafa bildirib.

/ekspress.az

Related Post

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

AvtoReyd.Az azertag-a istinadən məlumat verir ki,Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü