Bu gün səhər saatlarında 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus mağazaya girib.
AvtoReyd.Az -ın məlumatına görə, dövlət nömrə nişanı 10TG992 avtobus Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarə etməni itirib və nəticədə avtobus mağazaya girib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdu. Faktla bağlı araşdırma aparılır.