Avtoreyd.Az Dörd çarx Qaxda “Təmiz Hava” aylığı çərçivəsində reyd – FOTO

Qaxda “Təmiz Hava” aylığı çərçivəsində reyd – FOTO


Qax rayonunda “Təmiz Hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinə qarşı növbəti reyd keçirilib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis böləməsinin keçirdiyi yoxlamalar zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Reydin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb.

Verilən məlumata görə,”Təmiz Hava”aylığı çərçivəsində 110 avtomobil saxlanılıb, normadan artıq dəm qazı olan 35 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan başqa digər qayda pozan sürücülər barəsində müvafiq qaydada cərimələr tətbiq edilib.

AvtoReyd.Az

Related Post

Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olundu – VİDEO / FOTOAbay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olundu – VİDEO / FOTO

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam

Zaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulması davam etdirilir – VİDEO / FOTOZaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulması davam etdirilir – VİDEO / FOTO

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) təmir-tikinti işləri davam etdirilir. Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, əsaslı təmir olunan yolun uzunluğu 40