Avtoreyd.Az Dörd çarx Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, Nizami rayonu Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Abdulla Mirzəyev küçələrinin kəsişməsində dəmir yol keçidində müxtəlif səviyyəli yol ötürücüsünün (tunel) inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti 18 aprel 2019-cu il gecə saat 00:00-dan etibarən tam məhdudlaşdırılacaq. Bu səbəbdən, qeyd edilən ərazidən keçən 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişikliyə əsasən, 38 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi A.Mirzəyev küçəsinə keçirilib. 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar isə Mirzə Ələkbər Sabir küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən geri dönərək müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

AvtoReyd.Az

Related Post

Yaxın günlərdə Binəqədi şossesində təmir işlərinə başlanılacaq – FOTOYaxın günlərdə Binəqədi şossesində təmir işlərinə başlanılacaq – FOTO

Binəqədi şosesində yaxın günlərdə “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir işlərinə start veriləcək. “Azəravtoyol”dan AvtoReyd.Az-a verilən xəbərə görə, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər