Avtoreyd.Az Gündəm Etibarnamənin verilməsi xidmətində dəyişiklik

Etibarnamənin verilməsi xidmətində dəyişiklik


Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.

AvtoReyd.Az ONA-a istinadla xəbər verir ki, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.Onun sözlərinə görə, artıq istifadəçilər “myGov” portalında olan “Şəxsi kabinet” vasitəsilə avtomobil sahibləri istədikləri şəxsə avtomobilin etibarnaməsini verə biləcəklər.

“Xidməti istifadə etdikdə avtomobil və etibarnamənin kim tərəfindən veriləcəyi seçilir, daha sonra etibarnamə veriləcək şəxsin fərdi identifikasiya nömrəsi seçilir və “davam et” düyməsi vurulur. Qeyd edim ki, etibarnamənin müddəti birillikdir. Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsinin müddəti bir ildən az olduğu halda, etibarnamə yalnız qalan müddətə verilir”, – deyə F. Cəfərov qeyd edib.

Mərkəzinin direktoru həmçinin bildirib ki, bu xidmət üzrə rüsumu hər iki tərəf ödəyə bilər və ödənişlə bağlı tərəflərin “Şəxsi kabinet”lərinə müvafiq bildirişlər göndəriləcək.

AvtoReyd.Az

Related Post

“Qələbə” dairəsində avtomobillərin hərəkət istiqamətində dəyişiklik edildi“Qələbə” dairəsində avtomobillərin hərəkət istiqamətində dəyişiklik edildi

Bakının “Qələbə” dairəsi kimi tanınan ərazisində yol-nəqliyyat hadisələrinin, baş verə biləcək sıxlığın yaranmaması məqsədilə həmin ərazidə avtomobillərin hərəkət istiqamətində dəyişiklik edilib. Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə