Avtoreyd.Az Dörd çarx Əks yola çıxan avtobus təhlükəli vəziyyət yaradıb

Əks yola çıxan avtobus təhlükəli vəziyyət yaradıb


Bakıda 32 saylı maşrurt avtobusu qarşı hərəkət zolağına çıxaraq təhlükəli vəziyyət yaradıb. 

AvtoReyd.Az məlumat verir ki, Bakıda fəaliyyət göstərən 32 saylı marşurt avtobusunun sürücüsü əks zolağa çıxaraq qaydaları pozur. Görüntüləri minik avtomobilində olan sürücülərdən biri mobil telefonla çəkərək ”xəzər xəbər”in votsap nömrəsinə göndərib. Hadisə Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində qeydə alınıb…

Yolda olan sürücülər öz zolaqlarında dayanaraq işıqforun yaşıl işığının yanmağını gözləyirlər. Avtobusun sürücüsü isə əks zolağa çıxaraq yol polisinin olduğunu görüb dayanır. Nəticədə də sürücü digər avtomobillərin yolunu kəsərək hərəkət mane olur. Məsələ ilə bağlı 32 saylı marşurt avtobusunun aid olduğu şirkət mövqe bildirməkdən imtina etdi.

Xatırladaq ki, bu qayda pozuntusuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən 3 cəribə balı və 60 manat məbləğində cərimə nəzərdə tutulur.

AvtoReyd.Az

Related Post

BNA məktəb binalarının ətrafındakı yollarda piyada keçidləri təşkil edilib (Foto)BNA məktəb binalarının ətrafındakı yollarda piyada keçidləri təşkil edilib (Foto)

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir. Vətəndaş müraciətləri əsasında, mütəxəssislərimizin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız