Avtoreyd.Az Gündəm Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı maddəsində dəyişiklik edilib

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı maddəsində dəyişiklik edilib


Ölkə rəhbəri “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

AvtoReyd.Az xəbər verir ki, dəyişiklik qanunun 27-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı) maddəsində edilib.

Maddənin VI-I hissəsinə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

Dəyişikliklə buraya dövlət qurumları da əlavə olunub. Belə ki, dövlət qurumları nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

AvtoReyd.Az

Related Post

Bakıda yağış fəsadlar yaradıb, icra hakimiyyətləri “müdrikcəsinə” susur – TAM SİYAHIBakıda yağış fəsadlar yaradıb, icra hakimiyyətləri “müdrikcəsinə” susur – TAM SİYAHI

Son günlər Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunur. Yağan intensiv yağış nəticəsində Bakı şəhərinin bəzi yollarında problemlər yaranıb. “Report” yaranan problemlərin aradan qaldırılması istiqamətində görülən işləri öyrənmək üçün Bakı Şəhər İcra

Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? – VİDEO – FOTOYanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? – VİDEO – FOTO

Ölkəmizdəki yanacaqdoldurma məntəqələrində yanacaq problemi sürücülər üçün əməlli-başlı baş bəlasına çevrilib.   AvtoReyd.Az ARB TV-nin yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı hazırlanan reportaji təqdim edir. Avro 2, Avro 4, Avro 5 standartlarına