Avtoreyd.Az Gündəm Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı maddəsində dəyişiklik edilib

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı maddəsində dəyişiklik edilib


Ölkə rəhbəri “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

AvtoReyd.Az xəbər verir ki, dəyişiklik qanunun 27-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı) maddəsində edilib.

Maddənin VI-I hissəsinə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

Dəyişikliklə buraya dövlət qurumları da əlavə olunub. Belə ki, dövlət qurumları nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

AvtoReyd.Az

Related Post

Bayramla əlaqədar sabahdan Bakının bir sıra yollarında hərəkət istiqaməti dəyişdirilirBayramla əlaqədar sabahdan Bakının bir sıra yollarında hərəkət istiqaməti dəyişdirilir

Novruz bayramı şənliklərinin qeyd edilməsi məqsədilə Bakıda bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, martın 19-u səhər saatlarından etibarən tədbir tam başa çatanədək İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız