Səhər saatlarında Bakı-Qazax yolunun 170 kilometirliyində ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin AvtoReyd.Az-a verdiyi məlumata görə, sükan arxasında yuxuluyan “Mercedes” markalı yük maşınının sürücüsü “KAMAZ” markalı yük maşınına çırpılıb. Diqər məlumata görə, ərzaq daşıyan yük maşını “Veysəloğlu Şirkətlər Qrupuna” aid olduğu bildirilir. Hər iki sürücünün xəsarətlər aldıqları bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.