Avtoreyd.Az Dörd çarx Azərbaycan elektriklə çalışan 4 ədəd avtobus alıb

Azərbaycan elektriklə çalışan 4 ədəd avtobus alıb


Azərbaycan Belarusun “Belkommunmaş” holdinqindən elektriklə çalışan 4 ədəd avtobus alıb.

AvtoReyd.Az “Report”a istinadla xəbər verir ki, holdinq öz istehsalı olan 90-dan artıq elektrik avtobusunun satışını həyata keçirib.

Bu avtobusların 90 ədədə yaxını ancaq Belarusdan olan alıcılara göndərilib və 4 ədəd elektrik avtobusu isə Azərbaycana ixrac edilib.

Bundan başqa, hazırda elektrik avtobuslarının Gürcüstana tədarük edilməsi ilə bağlı perspektivlər işlənilir. Elektrik avtobuslarının iki nümunəsi Avropa standartlarına uyğun istehsal edilib.

“Belkommunmaş” holdinqinin xarici iqtisadi fəaliyyət idarəsinin müdiri vəzifəsini icra edən Aleksandr Klakeviç bildirib ki, artıq bu ilin sonunda və ya gələn ilin əvvəllərində şirkət Avropa bazarlarına çıxacaq.

AvtoReyd.Az

Related Post

Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? (Video)Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? (Video)

Son günlər sosial şəbəkəlrdə Azərbaycanın sürücülük vəsiqəsinin xarici ölkələrdə tanınmaması ilə bağlı geniş müzakirələr aparılır. Əlifbamızda olan bəzi hərflərin latın qrafikasında olmaması xarici ölkədə avtomobil sürmək istəyənlərə problemlər yaradıb. Məsələyə

Bu hal sürücülər üçün qəza riskini artırır – Əksər sürücülərin xəbəri yoxdur – VİDEOBu hal sürücülər üçün qəza riskini artırır – Əksər sürücülərin xəbəri yoxdur – VİDEO

Əksər sürücülər avtomobilin əyləc mayesini uzun illərdir dəyişdirmir. Hətta on və daha çox ildir əyləc mayesini dəyişdirməyən sürücülər var. Xezerxeber.az məlumat verir ki, avtomobilin əyləc mayesinin dövri olaraq dəyişdirilməsi mütləqdir.