Avtoreyd.Az Dörd çarx Sumqayıtda avtobuslar üçün xüsusi zolaqların təşkilinə başlanılıb

Sumqayıtda avtobuslar üçün xüsusi zolaqların təşkilinə başlanılıb


Sumqayıtda avtobuslar üçün xüsusi zolaqlar yaradılır.

AvtoReyd.Az xəbər verir ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov APA-ya  açıqlamasında bildirib ki, şəhərin əsas girişindən – Sülh prospektindən avtobuslar üçün xüsusi zolaqların təşkilinə başlanılıb.

O deyib ki, müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün xüsusi zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.

T. Saydumov qeyd edib ki, tıxacların qarşının alınması məqsədi ilə sağ və sol yollarda birinci hissə avtobuslar üçün ayrılıb: “Hələlik Sülh prospektində salınan bu zolaqlar gələcəkdə bütün şəhər yollarında salına bilər. Məqsəd sərnişinlərin və avtobusların hərəkətlərinin rahatlığını təmin etməkdir. Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək”.

AvtoReyd.Az

Related Post

Avtobus sürücüsü azyaşlıdan gediş haqqı tələb etdi: Neçə yaşınadək uşaqlar ödənişdən azaddır? – VİDEOAvtobus sürücüsü azyaşlıdan gediş haqqı tələb etdi: Neçə yaşınadək uşaqlar ödənişdən azaddır? – VİDEO

Bakıda avtobus sürücüsü sərnişinlə gediş haqqı üstündə mübahisə edib. Xezerxeber.az məlumat verir ki, görüntülər Bakıda, 2 saylı ”Baku-Bus” avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib. Kadrlardan belə aydın olur ki, qadın öz

Zaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulması davam etdirilir – VİDEO / FOTOZaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulması davam etdirilir – VİDEO / FOTO

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) təmir-tikinti işləri davam etdirilir. Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, əsaslı təmir olunan yolun uzunluğu 40