Sumqayıtda avtobuslar üçün xüsusi zolaqlar yaradılır.
AvtoReyd.Az xəbər verir ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov APA-ya açıqlamasında bildirib ki, şəhərin əsas girişindən – Sülh prospektindən avtobuslar üçün xüsusi zolaqların təşkilinə başlanılıb.
O deyib ki, müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün xüsusi zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.
T. Saydumov qeyd edib ki, tıxacların qarşının alınması məqsədi ilə sağ və sol yollarda birinci hissə avtobuslar üçün ayrılıb: “Hələlik Sülh prospektində salınan bu zolaqlar gələcəkdə bütün şəhər yollarında salına bilər. Məqsəd sərnişinlərin və avtobusların hərəkətlərinin rahatlığını təmin etməkdir. Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək”.