Avtoreyd.Az Gündəm BNA-nın “soyuq” xətti

BNA-nın “soyuq” xətti


Müasir zamanda problemləri həll etmək üçün bir çox alternativlər var. Bunlara dövlət qurumlarının “Qaynar xətti”ni misal göstərmək olar. Belə ki, hansısa bir problemlə və ya qaranlıq qalan bir mövzu ilə suallara həmin “qaynar xətt”lər vasitəsilə cavab tapmaq və aradan qaldırmaq mümkündür.

Lakin onu da deyək ki, bəzən əhalinin bir hissəsi bəzi dövlət qurumlarının bu xidmətlərindən tam bəhrələnə bilmədiklərini deyirlər. Görəsən həqiqətən də bu sahədə mövcud problemlər var? Bu səbəbdən hansı dövlət qurumlarının “Qaynar xətt”i insana “soyuq xətt” təsiri bağışlayır, hansı isə adına layiq fəaliyyət göstərir”

Bəziləri hesab edir ki, bir çox dövlət qurumunun “qaynar xətt” xidməti aktiv fəaliyyət göstərmir, zənglər nəticəsiz qalır, qaldırılan problemlərə reaksiya verilmir.

XALQ.AZ-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyinin 141 qaynar xəttinə şikayətlə bağlı zəng edib . Lakin 34 dəqiqə gözlədikədn sonra heç bir cavab verilmədən dəstəyi asıblar. 141 qaynar xətt lirik musiqi sədaları ilə növbədə olduğun sıranı bildirsədə sonda cavab verən olmayıb. Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti haqqında yetərli qədər həm ictimayyətdə həmçinin KİV-də neqativ halların aradan qaldırlıması ilə bağlı mövzular var lakin göründüyü kimi Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli bu məqamlara zaman ayıra bilmir.

Qurumun mətbuat xidməti ilə əlaqə saxlasaq da heç bir cavab ala bilmədik.

AvtoReyd.Az

Related Post

Narazılıqlar və çətinliklər yaratmış bu daşıyıcı dəyişdirilib (Foto)Narazılıqlar və çətinliklər yaratmış bu daşıyıcı dəyişdirilib (Foto)

32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.Bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Hazırda marşrutun müvəqqəti istismarını həyata